Qırğızıstan hökumətindən ölənlərin ailələrinə - 1000 dollar yardım

qirgizistan-hokumetinden-olenlerin-ailelerine
Oxunma sayı: 1174

Qırğızıstan hökuməti Türkiyə Hava Yollarına aid Boeing 747 yük təyyarəsinin qəzaya düşməsi nəticəsində ölən və yaralananların ailələrinə birdəfəlik yardım ayırıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət hər ailəyə təxminən min dollar verəcək.

Qeyd edək ki, “Manas” aeroportundan 1,5 kilometr uzaqlıqda təyyarənin qəzaya düşməsi nəticəsində 17-si uşaq olmaqla, 38 nəfər ölüb.

Qırğızıstan hökuməti isə hadisənin terror aktı olması versiyasını istisna edib.