Qardaşının ölümünü prezident sifariş edib? - Gizli kəşfiyyat açıqladı

qardasinin-olumunu-prezident-sifaris-edib
Oxunma sayı: 2333

Malayziyada hava limanında zəhərlənərək öldürülən Şimali Koreya liderinin böyük qardaşının prezidentdən özü və ailəsinə rəhm etməsini istədiyi məlum olub.

Qafqazinfo” xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatçıları məlumat yayıblar. Kim Çen Nam 2012-ci ildə kiçik qardaşı, Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi məktubunda onu və ailəsini öldürməməyi xahiş edib. Böyük qardaş prezidenti inandırmağa çalışıb ki, nə o, nə də uşaqları hakimiyyətə gəlmək niyyətində deyil, sadəcə ölkə xaricində sakit həyat sürmək istəyirlər.

Cənubi Koreya kəşfiyyatı hesab edir ki, Şimali Koreya xüsusi xidmət orqanları son 5 ildə, kiçik qardaış hakimiyyətə gəldiyi gündən bəri Kim Çen Namın “ovuna” çıxıblar. Lakin bu planı reallaşdırmağa Çin hökumətinin təşkil etdiyi mühafizə xidməti mane olub. Qatillər üçün uyğun məqam isə Kuala-Lumpur aeroportunda yaranıb və liderin qardaşı qadınlar tərəfindən zəhərlənərək öldürülüb.