Qambiyada hərbi əməliyyatlar dayandı

qambiyada-herbi-emeliyyatlar-dayandi
Oxunma sayı: 807

Qərbi Afrika İqtisadi Birliyi Ölkələrinə (ECOWAS) aid ordu birliyi Qambiyadakı əməliyyatları müvəqqəti dayandırıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Əməliyyatlara fasilə verməklə seçkilərdə məğlub olmuş Yaya Cammeyə hakimiyyətdən sülh yolu ilə getməsinə şans yaratmaqdır.

Xatırladaq ki, cümə günü axşamdan başlayaraq Seneqal ordusu Qambiyaya daxil olub. Həmçinin Nigeriyada Qambiya istiqamətində ordu göndərdiyini bildirib.

Qeyd edək ki, Qambiya parlamenti çərşənbə günü Cammehin hakimiyyət müddətini uzadıb. O, prezident postunu yanvarın 19-da seçkilərdə qalib gəlmiş Adams Barrouya təhvil verməli idi.