“Qalatasaray”ın keçmiş oyunçularına şok...

qalatasarayin-kecmis-oyuncularina-sok
Oxunma sayı: 1482

”Türkiyənin tanınmış futbol klubunun keçmiş oyunçularının sərvətləri müsadirə edilib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, FETÖ ilə əlaqədar başlayan istintaq çərçivəsində “Qalatasaray” klubunun eks futbolçuları Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin maddi sərvətlərinin müsadirə edilməsi barədə qərara çıxarılıb.

Bildirilir ki, İstanbul Baş Prokurorluğunun qərarına əsasən, adı çəkilən şəxslərin daşınmaz əmlakları, bank hesabları, avtomobilləri və istənilən şirkətdəki səhmləri müsadirə ediləcək.

Aysel Kərimova