Qadın müşavir nazir bacısına görə istefa verdi - Foto

qadin-musavir-nazir-bacisina-gore-istefa-verdi
Oxunma sayı: 5854

Bir neçə gün öncə Türkiyə baş naziri Binəli Yıldırım tərəfindən ailə və sosial siyasətlər naziri təyin olunan Fatma Betül Sayan Kayanın məmur bacısı ona görə istefa verib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ailə və Sosial Siyasətlər Nazirliyində müşavir vəzifəsində çalışan Ayşə Hilal Sayan Koytak bacısı Fatma Kayanın nazir seçildiyini öyrənər-öyrənməz istefa verib. O, istefa qərarını “Bacım nazir ikən mənim orda işləməyim etik olmaz” prinsipi ilə verib.

Ayşə Koytak istefa xəbərini Tvitterdən bildirib.

Fatma Betül Sayan Kaya