Qaçqınlara yardım - Ayda 30 avro

qacqinlara-yardim-
Oxunma sayı: 1151

Avropa Birliyi Türkiyə ərazisində olan suriyalı qaçqınlara ayda 30 avro ödəmək niyyətindədir.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Die Welt” nəşri yazıb. Bildirilir ki, pullar oktyabr ayından bank kartlarına köçürüləcək.

Məlumata görə, yardımla BMT-nin Ümumdünya ərzaq proqramı və Qızıl Aypara cəmiyyəti Türkiyə hakimiyyətinin dəstəyi ilə məşğul olacaq. Böhran idarəetməsi və humanitar yardım üzrə avrokomissar Xristos Stilianidisin fikrincə, bu ödənişlər qaçqınlara “normal həyat” duyğusunu qaytarmağa kömək edəcək.

Aysel Kərimova