Qaçmaq istəyən iki general tutuldu

qacmaq-isteyen-iki-general-tutuldu
Oxunma sayı: 1693

Türkiyədə baş verən qiyama görə başladılan əməliyyat-axtarış tədbirləri nəticəsində Dubaya qaçan iki general saxlanılıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, həmin şəxslər Əfqanıstanda türk xidmət komandiri Cahit Bakır və Kabil təhsil, yardım və danışma komandiri Şener Topuçdur.  

Diplomatik qaynaqlardan verilən məlumata görə, hər iki generalın paytaxt Ankaradan Dubya gedəcəkləri ilə bağlı Xarici İşlər Nazirliyi və kəşfiyyat məlumat əldə edib.

Keçirilən əməliyyat nəticəsində onlar Dubay hava limanında saxlanılıb. Hər iki general səhər saatlarında Türkiyəyə gətirilib.