“Qabaqcadan Rusiyaya məlumat verilmişdi…” - Türkiyə XİN

qabaqcadan-rusiyaya-melumat-verilmisdi
Oxunma sayı: 3167

“Təyyarəyə lazımı qaydalar tətbiq olundu. Bu hadisədən ötrü kədər duyuruq. Lazımlı izahat və xəbərdarlıqları təkrar -təkrar etdik. Bu hadisənin məsuliyyəti ölkəmizə aid deyil".

“Qafqazinfo” xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda əks olunub.

Türkiyə XİN təyyərəyə “vur” əmrinin verilməsindən öncə Rusiyaya məlumat verildiyini bildirib:

“Suriya sərhəddində uçuş edən təyyarəyə “vur” əmri verildi. Rusiyanın Ankaradakı səfirliyinə cəld məlumat göndərildi. Rus təyyarələri bir neçə dəfə Türkiyə hava sərhədini pozmuşdu. Lazımlı izahat və xəbərdarlıqları təkrar -təkrar etdik. Bu hadisənin məsuliyyəti ölkəmizə aid deyil. Təyyarə vurulmamışdan qabaq Rusiyaya məlumat verilmişdi”.