Putinlə Nazarbayev xizək sürdü

putinle-nazarbayev-xizek-surdu
Oxunma sayı: 2595

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putinlə Nursultan Nazarbayev Alma-Ata yaxınlığında yerləşən xizək mərkəzində xizək sürüblər.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Dövlət başçılarının qeyri-rəsmi görüşü fevralın 27-də Alma-Atada baş tutacaq danışıqlardan öncə olub.

Rusiya lideri Qazaxıstandan sonra Tacikistan və Qırğızıstana səfər edəcək.