Putinlə Ərdoğan planlaşdırılandan tez görüşəcək

putinle-erdogan-planlasdirilandan-tez-gorusecek
Oxunma sayı: 1249

Kreml Rusiya və Türkiyə prezidentlərinin sentyabrda Çində keçiriləcək G20 sammitindən əvvəl görüşəcəklərini istisna etməyib.

Qafqazinfo”  Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Putinin mətbuat katibi Dmitriy Peskov məlumat verib. O bildirib ki, görüşün nə zaman və harada baş tutacağı müəyyənləşdirilməyib. 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, prezident Ərdoğan sammitdən əvvəl avqustda Soçidə həmkarı Putinlə görüşməyə hazırdır.