Putinlə Ərdoğan nəyi müzakirə edəcək?

putinle-erdogan-neyi-muzakire-edecek
Oxunma sayı: 1388

Siyasi şərhçi Elxan Şahinoğlu Türkiyədə baş verən hərbi çevriliş cəhdində Ankaranın iki addım atması prosesinin sürətləndirəcəyini qeyd edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan şərhçi ilk olaraq Ankara-Moskva yaxınlaşmasının gözlənildiyindən də sürətlə gedəcəyini bəyan edib: “Hazırda Türkiyədən rəsmi nümayəndə heyəti Moskvada görüşlər keçirir. Hər iki ölkə “türk axını” layihəsinə yenidən qayıdırlar, vizasız səfərlər də gündəmdədir. Kreml Ankara-Vaşinqton münasibətlərinin soyumasından məharətlə istifadə edəcək. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını avqustun 9-da Rusiyaya dəvət edib. Ən maraqlısı odur ki, Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək. Ümumi mövzular (Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması) ətrafında fikir mübadiləsinin aparılması mümkündür.

İkincisi, Ərdoğanın yaxın aylarda Türkiyədə “Avropa İttifaqına üzv olaq, olmayaq?” sualı ətrafında referendum keçirəcəyi istisna deyil. Çünki, Türkiyədə həbslərin miqyası artdıqca, Brüsselin Ankaraya tənqidləri artacaq, bu isə Ərdoğanın xoşuna gəlməyəcək”.

Günel Türksoy