Putinin sanksiyalarına Türkiyədən - Reaksiya

putinin-sanksiyalarina-turkiyeden
Oxunma sayı: 10768

Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara AKP höküməti reaksiya verib.

“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, hökümət nümayəndələri bu sanksiyaların gərginliyi daha da artıracağını bildiriblər:

“Bu cür sanksiyalar iki ölkənin münasibətlərinə ciddi şəkildə zərər vuracaq. Belə addımlar gərginliyi daha da artıracaq, məsələnin həllini çətinləşdirəcək”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iki fərman imzalayıb.

Putin imzalanmış birinci fərmanda fərmanda 1 yanvar 2016-cı il tarixindən etibarən Türkiyə ilə vizasız gediş-gəliş barədə sazişin fəaliyyətinin dayandırılması haqqında qərar çıxarıb.

Prezident ikinci fərmanla Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən edilmiş siyahı üzrə Türkiyədən müxtəlif növ malların Rusiyaya gətirilməsinə qadağa və ya məhdudiyyət qoyub.