Putini bu ölkədə səhv saldılar - Foto

putini-bu-olkede-sehv-saldilar
Oxunma sayı: 2714

Pakistanın Pəncab vilayətində Tatarıstan prezidenti Rüstəm Minnixanovla Rusiya dövlət başçısı Vladimir Putin səhv salınıb.

Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Rüstəm Minnixanov martın 17-də Pakistana rəsmi səfər edəcək və bu münasibətlə ölkənin yollarında plakatlar yerləşdirilib. Lakin plakatlarda naməlum səbəbdən Pakistanın baş naziri Navaz Şəriflə Minnixanovun deyil, Vladimir Putinin şəkli dərc olunub. Bu səhv sosial şəbəkələrdə lağlağı obyekti olub.

Qeyd olunur ki, hökumət qonaqların gəlişindən öncə lövhələri yığışdırıb.