Putindən Fətullah Gülənlə bağlı - Açıqlama

putinden-fetullah-gulenle-bagli
Oxunma sayı: 7606

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndə mənə 15 iyul qiyamının FETÖ tərəfindən həyata keçirildiyini və təşkilatın rəhbəri Fətullah Gülənin ABŞ-da yaşadığını söylədi”.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə “Valday” Beynəlxalq Müzakirə Klubunun Soçidə təşkil olunan toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putin ona Fətullah Gülənlə bağlı ünvanlanmış suala cavabında bildirib.

“Hansı üsulla olursa-olsun, başqa bir ölkənin daxili siyasətinə müdaxilə qəbuledilməzdir. İstər kiber hücumlar, istərsə də ölkə daxilində olan hər hansı bir təşkilatın vasitəsilə dövləti dağıtmağa heç kimin ixtiyarı yoxdur”, - deyə Putin vurğulayıb.