Putindən Ərdoğana sərt sözlər - “Radikal islamçılıq siyasəti yürüdür”

putinden-erdogana-sert-sozler
Oxunma sayı: 7906

"Təyyarəmizin məhv edilməsi və pilotumuzun həlak olması kimi faciəli hadisələrdən sonra Xarici İşlər Nazirliyimiz vətəndaşlarımıza təhlükə ilə bağlı xəbərdarlıq etməkdə düz iş görür. Problem dünən qarşılaşdığımız faciədə deyil. Problem daha dərindədir. Biz müşahidə edirik və tək biz görmürük ki, Türkiyənin indiki rəhbərliyi illərdən bəri ölkəsində radikal islamçılığı dəstəkləyən məqsədyönlü siyasət yürüdür".

“Qafqazinfo” Milli.Az-a istinadən xəbər verir ki, bunları Rusiya Prezidenti Vladimir Putin deyib. Rusiyanın 1-ci kanalının məlumatına görə, Putin deyib ki, İslam möhtəşəm dünya dini, Rusiyadakı ənənəvi dinlərdən biridir: “Biz də islamı dəstəkləyirik və dəstək verməyə davam edəcəyik. Lakin söhbət islamın radikal yönünün dəstəklənməsindən gedir. Bu isə ilk baxışda aşkar görünməyən çox pis şərait yaradır. Əvvəla, belədir. İkincisi də odur ki, dünən baş vermiş faciədən sonra biz başqa insidentləri istisna edə bilmərik. Belə hadisələr baş verərsə, onlara dərhal reaksiya verməliyik".