Putindən barışığa təşəbbüs - Ərdoğana zəng edəcək

putinden-barisiga-tesebbus
Oxunma sayı: 2738

Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğan arasında iyunun 29-da Moskva tərəfinin təşəbbüsü ilə telefon danışığı olacaq.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

O, R.T. Ərdoğanın məktubunun münasibətlərin normallaşması istiqamətində mühüm addım olduğunu deyib.

“Əlbəttə ki, üz-üzə görüşməklə daha bir addım atmaq olar. Münasibətlərin bir neçə günə normallaşacağını demək olmaz. Amma bu istiqamətdə işlər davam etdiriləcək”, - deyə Peskov söyləyib.
Kremlin sözçüsü Putinin bu məsələdə mövqeyini şərh etməkdən imtina edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 27-də Vladimir Putinə məktub ünvanlayıb. O, rusiyalı həmkarına Su-24 qırıcısının vurulmasına görə təəssüfləndiyini bildirib.