Putin Yustas Tilli, Tramp kəpənək obrazında - Məşhur jurnalda ilk dəfə + Foto

putin-yustas-tilli-tramp-kepenek-obrazinda
Oxunma sayı: 1665

Məşhur “The New Yorker” jurnalının mart ayının ilk həftəsi üçün yeni nömrəsi rus-dilində nəşr olunacaq.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin şəklinin dərc olunduğu “The New Yorker”nin üz qabığında jurnalın adı kirilcə (“The Нью-Йоркер”) yazılacaq.

Rəssam Barri Blitt Vladimir Putini nəşrin simvolu hesab olunan Yustas Tillinin obrazında təsvir edib. Yeni nömrədə o, Yustas Vladimiroviç Tilli kimi qeyd olunub və lupa vasitəsilə kəpənək formasında təsvir olunan ABŞ prezidenti Donald Trampa baxır.

Mart nömrəsinin əsas mövzusu Tramp, Putin və yeni soyuq müharibə olacaq.