Putin Rəhmonu Rusiyaya dəvət etdi

putin-rehmonu-rusiyaya-devet-etdi
Oxunma sayı: 1399

Tacikistanda rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin həmkarı Emoməli Rəhmonu Moskvaya dəvət edib.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Tacikistan prezidenti Putinin dəvətini qəbul edərək ona uyğun vaxtda Rusiyaya səfər edəcəyini bildirib.

Qeyd edək ki, V. Putin fevralın 26-da Rusiya ilə Qazaxıstan, Tacikistan və Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu 3 ölkəyə səfər edib. Onun səfəri fevralın 28-də yekunlaşır.