Putin Peresin ailəsinə başsağlığı verdi

putin-peresin-ailesine-bassagligi-verdi
Oxunma sayı: 689

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon vasitəsilə əlaqə saxlayıb.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Putin eks-prezident Şimon Peresin vəfatından kədərləndiyini bildirərək onun ailə üzvlərinə və B. Netanyahuya başsağlığı verib. Bu barədə Kremlin saytında məlumat yerləşdirilib.