Putin mühakimə olunmayacaq

putin-muhakime-olunmayacaq
Oxunma sayı: 1440

Moskvanın “Tverskoy” məhkəməsi müxalifətçi Aleksey Navalnının Rusiya prezidenti Vladimir Putinə qarşı şikayət ərizəsinə baxmaqdan imtina edib.

“Qafqzinfo”nun oxu.az-a istinadən məlumatına görə, bu barədə məhkəmənin mətbuat katibi Anastasiya Dzürko bildirib.

“Məhkəmənin qəbul etdiyi qərara əsasən, Aleksey Navalnının Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı iddiasına baxılmaqdan imtina olunub”, - A.Dzürko deyib.

Qeyd edək ki, Navalnının fikrinə görə, Rusiya prezidenti, 2015-ci ilin oktyabrında SİBUR şirkətinə Milli Rifah Fondundan vəsait ayırarkən maraqların münaqişəsinin olduğunu bildirmədiyi üçün “Korrupsiyaya qarşı fəaliyyət haqqında” federal qanunu pozub.