Prezidentliyə namizəd siyasətçi ilə xanımı - Məhkəməyə çağırıldı

prezidentliye-namized-siyasetci-ile-xanimi-
Oxunma sayı: 935

“Respublikaçılar” partiyasından Fransa prezidentliyinə namizəd Fransua Fiyonla xanımı Penelopa məhkəməyə çağırılıb.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Fiyon ailəsi dövlət vəsaitlərinin mənimsənilməsi və saxta sənədlərin hazırlanmasında təqsirləndirilir.

Onların 15-18 marta qədər məhkəməyə gedib ifadə vermələri tələb olunub.

Qeyd edək ki, KİV-də Penelopa Fiyonun bir neçə il ərzində Milli Məclisdə qanunlara uyğun olmayan şəkildə ərinin köməkçisi işləməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra yanvarın sonunda Fransa Baş Prokurorluğunda onunla bağlı istintaq işi başladılıb.

Prokurorluğun əməkdaşlarıl istintaqa siyasətçinin uşaqlarını da cəlb etmək barədə qərar qəbul edib.