Prezidentlik uğrunda 18 nəfər yarışacaq

prezidentlik-ugrunda-18-nefer-yarisacaq
Oxunma sayı: 660

Seçkidə iddialı namizədlərindən olan «Bütün Qırğızıstan Partiyası»-nın lideri Adahan Madumarov prezident seçiləcəyi halda, parlament sistemini dəyişəcəyini bəyan edib. Ötən il keçirilən referendu qanunsuz adlandıran Adahan Madumarov 1993-cü il konstitusiyasını geri gətirəcəyini və prezident idarə sisteminə geri dönəcəklərini vəd edib.

İctimai rəy sorğusuna əsasən hakim «Sosial Demokratlar Partiyası»- ndan namizədliyi irəli sürülən baş nazir Almazbek Atambayev də irəlidədir. Onun ardınca respublikanın keçmiş baş prokuroru Kubatbek Baybolov, həmçinin «Ar-Namıs» parlament fraksiyasından namizəd Anarbek Kalmatov və milis generalı Omurbek Suvanaliev gəlir. Sonuncu yerdə isə müstəqil namizəd Sooronbay Dıykanov durur.

Prezident seçkisinin rəsmi nəticəsi noyabrın 20-dək bəlli olmalıdır. Yerli ekspertlər bu seçkidə pozuntu halları təhlükəsinin olmadığını iddia edirlər. Xatırladaq ki, Qırğızıstanda bundan əvvəl 2005 və 2010-cu illərdə iki prezident- Kurmanbek Bakiyev və Roza Otunbayeva çevriliş nəticəsində hakimiyyətə gəlib.

Hazırda respublikanın başçısı keçid müddətinə prezident seçilən Roza Otunbayevadır və onun səlahiyyət müddəti oktyabrın 31-də başa çatır. Qanuna görə Roza Otunbayeva bu seçkidə iştirak etmək hüququna malik deyil. Qırğızıstan konstitusiyasına əsasən prezident altı il müddətinə və yalnız bir dəfə seçilir.

ANS PRESS