Prezidentin quraqlıqdan çıxış yolu - “Yağış duası edin”

prezidentin-quraqliqdan-cixis-yolu
Oxunma sayı: 1718

BƏƏ prezidenti şeyx Xəlifə bin Zayed əl Nahayan ölkənin bütün məscidlərində yağışla bağlı dua edilməsini tapşırıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, duanın necə edilməsi ilə bağlı məscidlərdə imamlar xüsusi mühazirələr keçirlər.

Prezident şəxsən Böyük Məsciddə keçiriləcək mərasimdə iştirak edəcək.

Qeyd edək ki, ölkədəki fermerlər son vaxtlar əkin işlərini su çatışmazlığı ilə bağlı dayandırıblar.