Prezidentin ögey qardaşını öldürməkdə şübhəli bilinir - Fotolar

prezidentin-ogey-qardasini-oldurmekde-subheli-bilinir
Oxunma sayı: 3061

Şimali Koreya prezidenti Kim Çen Inın ögey qardaşı, 45 yaşlı Kim Çon Namanın ölümündə şübhəli bilinən 28 yaşlı Vyetnam vətəndaşı Doan Thi Huonqun sosial şəbəkədəki hesabında maraqlı detal məlum olub.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, gənc qadın hadisənin baş verdiyi Kuala-Lumpur beynəlxalq hava limanında təhlükəsizlik kameralarına üzərində LOL yazılı ağ rəngli tişörtlə tuş gəlib.

Qadının günlər öncə həmin tişörtlə çəkdirdiyi “Selfie”ni Feysbukda yerləşdirdiyi ortaya çıxıb. Onun həmçinin Vyetnamda “Pop İdol” müsabiqəsinə qatıldığı, lakin ilk mərhələdə yarışmadan uzaqlaşdırıldığı iddia olunur.

Xatırladaq ki, Kim Çon Namanın Malayziyada Kuala-Lumpur hava limanında iki naməlum qadın tərəfindən zəhərləndiyi bildirilir.