Prezidentin bacısı haqda istintaq başladı - Fırıldaqçılığa görə

prezidentin-bacisi-haqda-istintaq-basladi
Oxunma sayı: 2465

Cənubi Koreya prokurorluğu ölkə başçısı Pak Kın Xenin kiçik bacısı barəsində istintaq başladıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin bacısı fırıldaqçılıqda ittiham edilir. Belə ki, Pak Kın Ryon iki tanışı ilə birlikdə prezidentlə qohumluğundan istifadə etməklə səhmdardan təxminən 89 min dollar borc alıb, lakin borcu qaytarmayıb.

Qeyd edək ki, prezidentin kiçik bacısının adı daha əvvəl də fırıldaqçılıqda hallanmışdı. Xanım prezidentin bacısı ilə nadir hallarda görüşdüyü bildirilir.