Prezidenti tənqid edən senator həbs edildi

prezidenti-tenqid-eden-senator-hebs-edildi
Oxunma sayı: 1326

Filippin prezidenti Rodriqo Duterteni sərt tənqid edən senator Leylu de Limu polis tərəfindən saxlanılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Senator narkotik qaçaqmalçılığında şübhəli bilinir. O, saxlanılarkən “Həqiqət üzə çıxacaq. Ədalətə nail olacam. Mən günahsızam”,-deyə qeyd edib.

71 yaşlı Rodriqo Duterte 2016-cı ilin 30 iyununda prezident seçilib. Onun hakimiyyətə gəlməsi ilə ölkədə narkotikin yayılmasına qarşı geniş əməliyyatlar başlayıb.