Prezidenti tanımadılar... - Münhendəki konfransda qəribə hadisə

prezidenti-tanimadilar
Oxunma sayı: 3828

Münhen təhlükəsizlik konfransındə birinci panel müzakirələrinin aparıcısı, Böyük Britaniyanın “Financial Times” qəzetinin icraçı direktoru Filipp Stivens konfrans iştirakçılarına sual verən Estoniya prezidenti Kersti Kalyulaydı tanımayıb.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, konfransda müzakirələrin birinci hissəsi başa çatdıqdan sonra aparıcı zalda suallar mərhələsinə keçib. O, Estoniya prezidenti əlini qaldıraraq sual vermək istəyəndə “Bu xanım sual vermək istəyir. Siz yaxşı olardı ki, özünüzü və kimi təmsil etdiyinizi söyləyərdiniz” deyə bildirib.

Estoniya lideri isə cavabında söyləyib ki, “Təşəkkür edirəm. Mən Estoniya prezidenti Kersti Kalyulaydam”.

Qeyd edək ki, 17-19 fevral tarixlərində keçirilən Münhen konfransında 30 ölkənin dövlət başçısı, 80-dən çox müdafiə naziri iştirak edir.

Konfransa Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.