Prezidentdən nüvə müharibəsi xəbərdarlığı - 4 ölkədən təhlükəli manevr

prezidentden-nuve-muharibesi-xeberdarligi
Oxunma sayı: 2270

Şimali Koreya liderinin qardaşının Malayziyada zəhərlənərək öldürülməsindən sonra iki ölkə arasında gərginlik artmaqda davam edir.

Qafqazinfo” xəbər verir ki, rəsmi Pxenyan ilk olaraq Malayziya vətəndaşlarının Şimali Koreya ərazisini tərk etmələrinə qadağa qoyub. Buna cavab olaraq Malayziya hökuməti də eyni addımı atıb.

Bundan başqa, Malayziya hökuməti Şimali Koreyanın Kuala-Lumpurdakı səfirliyinin binasının mühasirəyə alınması ilə bağlı tapşırıq verib. Bildirilir ki, onları sayana və harada olduqlarını müəyyən edənə kimi diplomatik nümayəndəliyin əməkdaşları binanı tərk edə bilməzlər.

Pxenyanın gələcəkdə ABŞ və Yaponiyaya zərbə endirmək üçün keçirdiyi 4 ballistik raket sınağına isə ABŞ-dan cavab gecikməyib. ABŞ buna qarşılıq olaraq bir gün sonra Cənubi Koreyaya raket əleyhinə THAAD sistemi yerləşdirdiyini elan edib.

Şimali Koreya ABŞ və Cənubi Koreyanın ortaq hərbi manevrləri nəticəsində nüvə müharibəsinin astanasında olduqlarının xəbərdarlığını edib.