Prezidentdən ABŞ-a yeni ittihamlar

-prezidentden-abs-a-yeni-ittihamlar
Oxunma sayı: 1295

ABŞ Filippinə qarşı “cilovda it” kimi yanaşmaqdan əl çəkməlidir.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu sərt fikri Filippin prezidenti Rodriqo Duterte səsləndirib. Duterte hesab edir ki, əgər o, uzun müddət hakimiyyətdə qalsa, ABŞ iki ölkə arasında 2014-ci ildə imzalanmış hərbi sazişi unutmalı olacaq.

Prezident “Mən uzun müddətdir gözləyirəm ki, ölkəmdə Filippin hərbçilərindən başqa hərbçi qalmayacaq. ABŞ Filippinə qarşı “cilovda it” kimi yanaşmaqdan əl çəkməlidir”,- deyib.

Aysel Kərimova