Prezident qarşısında ikiqat əyilən futbolçulara güldü

prezident-qarsisinda-ikiqat-eyilen-futbolculara-guldu
Oxunma sayı: 3106

Afrika çempionatında qalib olan kamerunlu futbolçuların ölkə prezidenti və birinci xanımla görüşü gülüşə səbəb olub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçular bir müddət əvvəl prezidentin qarşısında ifrat şəkildə əyilən idman nazirini yamsılayıblar. Onlar görüş zamanı prezident və birinci xanımın qarşısında mümkün qədər çox əyiliblər. Futbolçuların bu hərəkətini dövlət başçısı gülüşlə qarşılayıb.

Qeyd edək ki, idman nazirinin həmin görüşmə anı sosial şəbəkələrdə ən çox müzakirə olunan foto olmuşdu. Kamerunlular oxşar fotolar çəkərək sosial şəbəkə hesablarında paylaşıblar.