“Prezident cinayətkarların qətli üçün təlimat verib” - Keçmiş muzdlu qatil

prezident-cinayetkarlarin-qetli-ucun-telimat-verib
Oxunma sayı: 1834

Son zamanlar adı dünya liderlərini söyməklə mətbuatda hallanan Filippin prezidenti ilə bağlı daha bir qalmaqallı iddia yayılıb. Filippinli muzdlu qatil indiki ölkə prezidenti Rodriqo Dutertenin mer olduğu zamanlarda məhkəməsiz cinayətkarlar və rəqiblərinin qətlinə fərman verdiyini deyib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş qatil Edqar Matobato Dutertenin cinayətləri necə törətməklə bağlı ona və digər muzdlu qatillərə şəxsən təlimat verdiyini açıqlayıb.

Onun sözlərinə görə, məhkəməsiz mühakimə nəticəsində təxminən 1000 nəfər öldürülüb.

Qeyd edək ki, Filippin prezidenti iyunun 30-u vəzifəsinin icrasına başlayıb. Onun seçkiqabağı verdiyi vədlər arasında ölkədə narkoticarətə qalib gəlmək də vardı.

Duterte xüsusi olaraq vurğulamışdı ki, bu məqsədinə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır. Onun prezidentliyinin iki ayında artıq ölkədə məhkəmə mühakiməsi olmadan 2 mindən çox narkoman və narkotik alverçisi öldürülüb.