Prezident Atambayevlə bağlı şok iddia - FETÖ-dən pul alırmış...

prezident-atambayevle-bagli-sok-iddia
Oxunma sayı: 1961

Qırğızıstan prezident Almazbek Atambayevlə bağlı sensasion iddia irəli sürülüb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, FETÖ ilə bağlı açılan cinayət işinin istintaqı çərçivəsində keçmiş təşkilat üzvü Hayati Küçük gözlənilməz etiraflar edib. O, təşkilatın fəaliyyət göstərdiyi ölkələrdə məmurlara, məhkəmə orqanları əməkdaşlarına, siyasətçilərə, o cümlədən Qırğızıstan dövlət başçısı Atambayevə də pul göndərdiyini iddia edib. Küçük FETÖ-nün ABŞ-da Hillari Klintona da dəstək olduğunu qeyd edib.

Küçük, həmçinin çalışdığı Gürcüstanda təşkilatın fəaliyyəti ilə bağlı hər ay ABŞ, İngiltərə və İsrail səfirliyinə hesabat verdiklərini deyib:

“Bizə müəllim olaraq gələnlər arasında Amerika vətəndaşları vardı. Daha sonra onların CİA, FBİ ilə əlaqələri olduğunun fərqinə vardıq. FETÖ məktəbləri ABŞ-dan gələn heyət tərəfindən təftiş edilirdi”.

Xatırladaq ki, bir sıra ölkələrdə FETÖ məktəbləri bağlansa da, Atambayev həmin məktəbləri bağlamaqdan imtina etmişdi.