Prezident arvadından absurd açıqlama - “Ölsə də, seçiləcək”

prezident-arvadindan-absurd-aciqlama
Oxunma sayı: 2220

Zimbabvenin 51 yaşlı birinci xanımı Qreys Muqabe prezident seçkiləri ilə bağlı qalmaqallı bəyanat verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, birinci xanım bildirib ki, əgər əri, 92 yaşlı prezident Robert Muqabe ölərsə, onun adı yenə də seçki bülletenlərində peyda olacaq və bütün hallarda qalib gələcək:

“Bir gün Allah qərar versə və Muqabe ölərsə, o, yenə də namizəd kimi bülletendə peyda olacaq. Siz görəcəksiniz ki, insanlar ölmüş Muqabeyə necə səs verir. Mən ciddi deyirəm, insanlar öz prezidentlərini sevir”.

Qeyd edək ki, Muqabe 1980-ci ildən ölkəyə rəhbərlik edir və dünyanın ən yaşlı prezidentlərindəndir.