Prezident 29 xarici jurnalistə qarşı sanksiyanı ləğv etdi

prezident-29-xarici-jurnaliste-qarsi-sanksiyani-legv-etdi
Oxunma sayı: 995

Ukrayna prezidenti Petro Poroşenko 29 rusiyalı və digər xarici jurnalistlərə qarşı tətbiq edilmiş sanksiyaların ləğvi barədə fərman verib.

Qafqazinfo”nun məlumatına görə, müvafiq qərar prezidentin rəsmi saytında dərc olunub.

Poroşenko fərmanı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının media mənsublarının ölkəyə girişinə qoyulmuş qadağalar, eləcə də məhdudiyyətlərin ləğvi ilə bağlı qərarını təsdiqləyib.