Poroşenkonun Rusiyadakı fabriki bağlanır

porosenkonun-rusiyadaki-fabriki-baglanir
Oxunma sayı: 1871

Əsası Ukrayna prezidenti Petro Poroşenko tərəfindən qoyulan “Roshen” şirkəti Rusiyanın Lipetsk şəhərindəki qənnadı fabrikində fəaliyyətini dayandırmaq qərarına gəlib.

Qafqazinfo”nun “Lenta.ru”ya istinadən məlumatına görə, şirkətin mətbuat xidmətindən bildirilib ki, bu qərar iqtisadi və siyasi səbəblərə görə verilib.

İstehsalın təmamilə dayandırılması və konservasiyası cari ilin aprel ayı üçün planlaşdırılıb.

Holdinqdən qeyd ediblər ki, 2013-cü ildə Lipetskidəki fabrikdə istehsal 3 dəfə azalıb.

“Roshen”də bu situasiyanın yaranmasına görə bir neçə səbəbi göstərirlər: “Rospotrebnadzor”un Rusiyaya idxalı qadağan etməsi, regionlarda orqanların təsiri, alıcılıq səviyyəsinin ümumən azalması, piştaxtalarda “Roshen” istehsalı olan məhsulların yerləşdirilməsinə qadağaların qoyulması”.