Poroşenkodan Rusiyanın 17 KİV-nə qarşı - Sanksiya

porosenkodan-rusiyanin-17-kiv-ne-qarsi-
Oxunma sayı: 954

Ukrayna prezidenti Petro Poroşenko Rusiya KİV-nin bir sıra redaktorlarına qarşı şəxsi sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

Adı sanksiyaya salınan şəxslər arasında “1-ci kanal”ın baş direktoru Konstantin Ernst, “Tass” informasiya agentliyinin direktoru Sergey Mixaylov, “LifeNews” telekanalının keçmiş baş direktoru Aşot Qabrelyanov, “Russia Today” telekanalının redaktoru Marqarita Simonyan, “Novorus. Info” saytının baş redaktoru Andrey Surkov, “Pravda.ru” holdinqinin sahibi Vadim Qorşenin də var.

Fərmanda qeyd olunub ki, bu şəxslər Ukraynanın milli maraqları, təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyü, söz azadlığı üçün real və potensial təhdid xarakteri daşıyır.

Ümumiyyətlə, sanksiya 17 şəxsə şamil olunub. Bu fərmana əməl olunmasına nəzarət Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinova həvalə olunub.