Poroşenkodan Prezident Administrasiyasına yeni rəhbər - Təyinatı

porosenkodan-prezident-administrasiyasina-yeni-rehber-
Oxunma sayı: 1160

Ukrayna prezidenti Pyotr Poroşenko Xarkov Vilayət Dövlət Administrasiyasının sədri İqor Raynini Prezident Administrasiyasının rəhbəri təyin edib.

Qafqazinfo”nun “İnterfax.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Poroşenko Milli İslahatlar Şurasının iclasında bildirib.

Boris Lojkin isə Milli İnvestisiya Şurasının sədri təyin olunub.

Qeyd edək ki, İqor Raynin 2015-ci il fevralın 3-dən Xarkov Vilayət Dövlət Administrasiyasının sədri işləyib.