Poroşenko Rasmusseni özünə müşavir təyin etdi

porosenko-rasmusseni-ozune-musavir-teyin-etdi
Oxunma sayı: 2887

Ukrayna prezidenti Petro Poroşenko NATO-nun keçmiş baş katibi Anders Foq Rasmusseni özünə müşavir təyin edib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq fərman Poroşenkonun rəsmi saytında dərc olunub.

Qeyd edək ki, A. Rasmussen 2009-2014-cü illərdə NATO-nun baş katibi kimi fəaliyyət göstərib.