Poroşenko Prezident Administrasiyası rəhbərini istefaya göndərdi

porosenko-prezident-administrasiyasi-rehberini-istefaya-gonderdi
Oxunma sayı: 686

Ukrayna prezidenti Petro Poroşenko administrasiya rəhbəri Boris Lojkini istefaya göndərib.

Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident özü Milli İslahatlar Şurasının bu gün keçirilən iclasında məlumat verib.

Lojkinin yerinə isə bu posta Xarkovun qubernatoru, sahibkar İqor Raynin gətirilir.

Qeyd edək ki, multimilyoner Boris Lojkin Ukrayna Prezident Administrasiyasına 2014-cü ildən rəhbərlik edib.