Poroşenko ən böyük arzusunu açıqladı

porosenko-en-boyuk-arzusunu-aciqladi
Oxunma sayı: 1489

“Prezidentlik səlahiyyətim başa çatdıqdan sonra Ukraynanı Avropa Parlamentində təmsil edən deputat olmaq istəyirəm”.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bildirib.

“Məndən prezident postunu tərk edəndən sonra hansı işlə məşğul olmaq istədiyimi soruşanda adətən belə cavab verirəm: “Mənim ən böyük arzum Avropa Parlamentində Ukrayna üzrə seçilmiş deputat, Avropa İttifaqının üzvü olmaqdır””.

P. Poroşenko qeyd edib ki, bu cür fəaliyyətlə o, xoşbəxt bir insan ola bilər.