Polşanın sərnişin təyyarəsi Vilnüsdə qəza enişi edib

polsanin-sernisin-teyyaresi-vilnusde-qeza-enisi-edib
Oxunma sayı: 990

Polşanın LOT aviaşirkətinin Varşavadan havaya qalxan təyyarəsi göyərtəsində 70 nəfər sərnişinlə Vilnüs aeroportunda qəza enişi edib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat katibi Aqne Majeykiteyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Polşanın LOT şirkətinin göyərtəsində 70 sərnişin olan "Bombardier Dash 8" təyyarəsi kiçik sınıqla Vilnüs hava limanına uğurlu eniş edib", — deyə o bildirib.

Onun sözlərinə görə, sərnişinlərdən heç kim xəsarət almayıb. Təyyarədə kiçik sınıq yeri aşkar olunub. Sınığın haradan əmələ gəldiyi məlum deyil.