Polis qadınların hicab geyinməsinə icazə verildi

polis-qadinlarin-hicab-geyinmesine-icaze-verildi
Oxunma sayı: 1916

Kanada polisində xidmət edən müsəlman qadınların işdə hicab geyinməsinə icazə verilib.

Qafqazinfo” rus KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın ictimai təhlükəsizlik naziri Ralf Qudeyl məlumat verib. O, bildirib ki, bu qərar polis orqanlarına daha çox müsəlman qadın cəlb etmək məqsədi ilə qəbul edilib. Nazirin sözlərinə görə, yeni dizaynda hazırlanan hicab bütün təhlükəsizlik standartlarına cavab verir.

R.Qudeyl “Bu, karyerasını polis orqanlarında davam etdirmək istəyən müsəlman xanımları həvəsləndirimək üçündür”- deyə bildirib.

Nazir onu da əlavə edib ki, bu addım Kanada polis təşkilatının dəyərlərə, mədəni və dini inanclara hörmətinin göstəricisidir.

Aysel Kərimova