Polis prezidentliyə namizədin evində axtarış aparıb

polis-prezidentliye-namizedin-evinde-axtaris-aparib
Oxunma sayı: 1026

Fransa prezidentliyinə namizəd Fransua Fiyon və xanımı Penelopanın evində polis axtarış aparıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Parisien” qəzeti məlumat yayıb.

Parisdəki evdə axtarışlar məhkəmənin qərarı ilə keçirilib.

Qeyd edək ki, Fiyon ailəsi dövlət vəsaitlərinin mənimsənilməsi və saxta sənədlərin hazırlanmasında təqsirləndirilir.

KİV-də Penelopa Fiyonun bir neçə il ərzində Milli Məclisdə qanunlara uyğun olmayan şəkildə ərinin köməkçisi işləməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra yanvarın sonunda Fransa Baş Prokurorluğunda onunla bağlı istintaq işi başladılıb.

Prokurorluğun əməkdaşlarıl istintaqa siyasətçinin uşaqlarını da cəlb etmək barədə qərar qəbul edib.