PKK polisi övladının gözü qarşısında öldürdü

pkk-polisi-ovladinin-gozu-qarsisinda-oldurdu
Oxunma sayı: 2048

PKK Diyarbakır-Hani yolunda polis avtomobilinin qarşısını kəsib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçular polis avtomobilinə atəş açıblar. Hücum zamanı Saleh Eroğlu dünyasını dəyişib.

Verilən məlumata görə, avtomobildə polisin həyat yoldaşı və 3 yaşlı övladı olub.

Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub, uşaq və polisin həyat yoldaşı xilas olunub.