PKK-çılar Türkiyə konsulluğuna hücum etdi

pkk-cilar-turkiye-konsulluguna-hucum-etdi
Oxunma sayı: 1251

Türkiyənin Fransadakı konsulluğu PKK tərəfdarlarının hücumuna məruz qalıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş konsulluq önünə toplaşan 60 nəfərlik qrup şüarlar səsləndirib. Konsulluğun binasına çıxan PKK-lı eyvandan terror təşkilatının rənglərini əks etdirən parça və təşkilatın rəhbərinin fotosunu asıb. Qrup bir müddət şüarlar səsləndirib, daha sonra polis təzyiqi ilə ərazidən uzaqlaşdırılıb. 

Türkiyənin Paris səfirliyinin rəsmiləri həmin şəxslərin dərhal tutulması üçün Fransanın müvafiq qurumlarına müraciət edib.