Pərviz Müşərrəfin səhhəti pisləşib

perviz-muserrefin-sehheti-pislesib
Oxunma sayı: 793

Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəfin Kəraçi şəhərindəki evində halı pisləşərək özündən gedib və xəstəxanaya çatdırılıb.

“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, 72 yaşlı P.Müşərrəfin özündən getməsi yüksək qan təzyiqi ilə bağlı olub.

2014-cü ildə isə P.Müşərrəf ürək tutması diaqnozu ilə Ravalpindi şəhərindəki xəstəxanada müalicə alıb.

Xatırladaq ki, P. Müşərrəf 2001-2008-ci illərdə Pakistan Prezidenti olub.