Peruda dəhşətli qəza - 20 ölü

peruda-dehsetli-qeza
Oxunma sayı: 718

Perunun şimal-qərbində ağır yol qəza hadisəsi qeydə alınıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, qəza zamanı yük avtomobili motosiklet və mikroavtobusla toqquşub. Daha sonra partlayış baş verib. Yanğınsöndürənlər hadisə yerində 19 yanmış cəsəd aşkar ediblər. İnsident nəticəsində 20 nəfər dünyasını dəyişib.

Ölənlərin şəxsiyyətini müəyyən etmək üçün cəsədlər Truxilo şəhərinə göndərilib.