Pentaqon Suriyaya qoşun göndərə bilər

pentaqon-suriyaya-qosun-gondere-biler
Oxunma sayı: 728

ABŞ İŞİD-lə mübarizə üçün Suriyaya qoşun göndərə bilər.

Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Siz hərbçilərin (ABŞ ordusunun-red) Suriyaya müvəqqəti olaraq daxil olmasını görə bilərsiniz”,-deyə Pentaqon nümayəndəsi kanala açıqlamasında bildirib. O, belə bir qərarın qəbul edilməsinin prezident Donald Trampdan asılı olduğunu da bildirib.

Pentaqon hələki Suriyaya qoşun göndərilməsi təklifiylə Ağ Evə müraciət etməyib.

Xatırladaq ki, ABŞ və müttəfiq ölkələr 2014-cü ildən başlayaraq Suriyada İŞİD-lə mübarizə aparır.  Daha əvvəl Vaşinqton Suriyaya xüsusi təyinatlıları göndərsə də, Obama administrasiyası bu məlumatı təsdiqləməmişdi.