Pentaqon rəhbəri və Əfqanıstan prezidenti razılığa gəldi

pentaqon-rehberi-ve-efqanistan-prezidenti-raziliga-geldi
Oxunma sayı: 659

ABŞ müdafiə naziri Ceyms Mattis və Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.

Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon mətbuat xidməti məlumat yayıb.

Tərəflər söhbət zamanı ABŞ və Əfqanıstan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi barəsində razılığa gəliblər.

Dialoq zamanı Ceym Mattis Əfqanıstanda stabilliyin təmin edilməsi üçün milli birliyin vacib olduğunu vurğulayıb.

Prezident Əfşar Qani isə öz növbəsində ölkəsində və regionda təhlükəsizliyin təmin edilməsində ABŞ-Əfqanıstan münasibətinin stabilliyinin önəmliliyini bir daha qeyd edib.

Qeyd edək ki, hazırda Əfqanıstanda 10 min ABŞ hərbi qulluqçusu xidmət göstərir.