Qurban bayramından sonra Banqladeşin paytaxtı Dəkkədə maraqlı hadisə baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağışlardan sonra kəsilən qurbanların qanı paytaxtın küçələrində sel kimi axıb. Bu maraqlı hadisə dünya mediasında da yer alıb.
Baş verənlərə münasibət bildirən Dəkkə bələdiyyəsi isə bildirib ki, şəhərin müəyyən hissələrində qurban kəsilməsi üçün yerlər ayrılsa da, sakinlərin çoxu qurbanlarını evlərinin yaxınlığında kəsib və nəticədə belə xoşagəlməz görüntü ortaya çıxıb.
Son xəbərlər
Son Xəbərlər